İqtisadiyyata kredit qoyuluşu ilin əvvəlindən bəri azalır | Banco.az

İqtisadiyyata kredit qoyuluşu ilin əvvəlindən bəri azalır

Banco.az saytı Mərkəzi Bankın son hesabatlarına istinadən xəbər verir ki, 2015-ci il iyunun 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard 468,1 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə olan göstəricidən 23,34 % çoxdur.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin may ayında da özəl banklar kredit verilməsində kredit təşkilatları arasında lider rolunu qoruyub saxlayıb. Özəl banklar tərəfindən 12 milyard 542,0 milyon manat və ya bütün kreditlərin 61,3 %-i həcmində kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət bankları tərəfindən verilən kreditin miqdarı 7mlrd 335,6 mln manat (35,8 %), bank olmayan kredit təşkilatlarının verdiyi kreditin miqdarı isə 590,6 mln manat (2,9%) olub.

2014-cü ilin eyni dövrü ilə müqayisədə, kreditin verilməsində dövlət banklarıda 28,69 %, özəl banklarda 20,30%, qeyri-bank kredit  təşkilatlarında isə 25,71% artım müşahidə olunub ki, rəqəmlər də kifayət qədər nəzərəçarpandır.