İpotekada evin orta bazar qiyməti QAYDASI LƏĞV EDİLİB | Banco.az

İpotekada evin orta bazar qiyməti QAYDASI LƏĞV EDİLİB

Nazirlər Kabineti "Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 31 avqust tarixli qərarı ləğv edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 27 oktyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” dövlət başçısının 2019-cu il 14 yanvar tarixli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 31 avqust tarixli qərarı ləğv edilib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az