“iPhone”lar ucuzlaşdırılacaq | Banco.az

“iPhone”lar ucuzlaşdırılacaq

“Apple” kompaniyası milli valyutasının dollara nisbətdə ciddi zəiflədiyi bəzi ölkələrdə “iPhone” smartfonlarının qiymətini aşağı salmağı planlaşdırır.

Bunu “Apple” kompaniyasının rəhbəri Tim Kuk yanvarın 29-da Reuters agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, kompaniyanın mütəxəssisləri milli valyutası zəifləyən ölkələrdə makroiqtisadi vəziyyəti qiymətləndirib. Nəticədə “Apple” satış həcmini artırmaq üçün ötən ilki yerli qiymətlərə uyğun satış siyasəti həyata keçirmək qərarına gəlib.

Kuk hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb. Bir qədər əvvəl isə “Apple” kompaniyasının nümayəndələri Türkiyə, Braziliya və Rusiyada milli valyutanın dəyərdən düşdüyünü, həmçinin Çində “iPhone” satışlarının azaldığını qeydə almışdı.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin son üç ayı ərzində kompaniyanın ümumi gəliri 84,31 milyard dollar, xalis gəliri isə 19,97 milyard dollar təşkil edib. Hər iki göstərici 2018-ci maliyyə ilinin birinci kvartalında qeydə alınan gəlirlə müqayisədə azalıb. Həmin vaxt “Apple” kompaniyasının gəliri 88,29 milyard dollar, qazancı isə 20,06 milyard dollar olmuşdu.

© Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et