“İpək Yolu Sığorta” işçilərinin sayını artırıb | Banco.az

“İpək Yolu Sığorta” işçilərinin sayını artırıb

“İpək Yolu Sığorta” ASC-nin işçilərinin sayı bu il yanvarın 1-nə 32 nəfər təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4 dəfə və yaxud 14,3% çoxdur.

Artım “İpək Yolu Sığorta”da çalışan qulluqçuların sayının 25-dən 29-a çatdırılması hesabına baş verib. Şirkətdəki fəhlələrin sayı isə dəyişməyərək 3 qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

Report.az