Rusiya hökumətinin qanunvericilik fəaliyyəti üzrə komissiyası Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası sazişlə bağlı qanun layihəsini təsdiqləyib.
Bu barədə RF Nazirlər Kabinetinin saytında yayılan məlumatda deyilir.
Sənədə RF Nazirlər Kabinetinin iclasında baxılacaq.
Xatırladaq ki, Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası saziş 2014-cü il sentyabrın 29-da Həştərxanada imzalanıb.