Müəllif: Gülnar Əhmədli, Banco.az
İngilis dilinizi təkmilləşdirmək üçün seriallara baxaraq dinləmə və anlama qabiliyyətinizi artıra bilərsiniz. Əgər ingilis dilini yeni öyrənməyə başlayanlardan və ya orta səviyyədəsinizsə, asanlıqla başa düşə biləcəyiniz film tövsiyələrini təqdim edirik:
1. The Walking Dead
Dram, qorxu və macəra janrında olan "The walking dead" serialı ingilis dilinin öyrədilməsi baxımından ən uğurlu seriallardan biridir. Serialda istifadə olunan sözlər çətin deyil, söhbətlər yavaş irəliləyir. İngilis dili A1 səviyyəsində olan və ingilis dilli seriallara yenicə baxmağa başlayanlar üçün tövsiyə edilir.
2. Friends
"Friends" 20 dəqiqəlik epizodları ilə sıxılmadan izləməyə davam edə biləcəyiniz bir serialdır. Serialda istifadə olunan sözlərin müxtəlifliyi də yüksəkdir. Cümlələr sadə olduğu üçün "Friends"də ingilis dilinin "başlanğıc" səviyyəsində olduğunu deyə bilərik. Bundan əlavə, tələffüzlər çox sadədir, jarqon və qarışıq cümlələrdən istifadə minimaldır.
3. Hannibal
Cinayət, dram və qorxu kateqoriyalarında uğur qazanan bu istehsal ingilis dilini öyrənərkən sizə həyəcanlı anlar yaşadacaq. İngilis dili B2 səviyyəsində olanların asanlıqla başa düşə biləcəyi bir nümunədir.
4. How I Meet Your Mother
Komediya seriallarının kralı kimi tanınan bu serialda 5 dostun həyatı, seçimləri, sevgiləri yumoristik və sadə dillə izah edilir. Serialı izləməklə söz ehtiyatınız xeyli yaxşılaşdıra bilərsiniz. Serialdakı danışıq sürəti orta səviyyədədir.
5. Stranger Things
İngilis dilinizi təkmilləşdirmək üçün elmi fantastika janrında seriallar axtarırsınızsa, "Netflix"in "Stranger Things" serialı tam sizlikdir. İlk olaraq qeyd edək ki, bu serialı "orta" səviyyədə ingiliscə bilənlərin anlaması daha rahatdır. Serialda səlis və başa düşülən danışılsa da, jarqon sözlərdən çox istifadə olunur.
6. Black Mirror
Xüsusilə ingilis dilini yeni öyrənməyə başlayanlar üçün tövsiyə olunan serialdır. Son zamanların ən çox baxılan serialı olan bu serialda danışıq dili səlis və kifayət qədər sadədir.
İngilis dilinizi təkmilləşdirmək üçün seriallar arasından seçim edərkən vurğulara da diqqət yetirməlisiniz. Çünki ingilis dilində bir çox fərqli aksentdə danışılır. Bu səbəblə seriallar axtararkən onun çəkildiyi ölkəyə də diqqət yetirmək önəmlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!