Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask avtonom taksi modelinin təqdimat tarixini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” çoxdan vəd etdiyi sürücüsüz taksi modelini bu il təqdim etməyi planlaşdırır.
Bu barədə şirkətin CEO-su İlon Mask cümə günü “X” sosial media şəbəkəsində açıqlama verib.
Onun sözlərinə görə, “Tesla”nın sürücüsüz taksisi avqustun 8-də təqdim ediləcək.
Xatırladaq ki, “Tesla” 2019-cu ildə investorlara layihələndirilən tamamilə sürücüsüz avtomobil barəsində məlumat vermişdi.
Ötən həftələrdə isə şirkət FSD və ya Tam Avtonom Sürüş kimi bazara çıxardığı sürücüyə yardım proqramının ən son versiyasını istehlakçılara təqdim edib.
Bizi sosial şəbəkələrdən izləyin!!