İlk 6 ay ərzində kompensasiya ödənişlərinin məbləği 78% çoxalıb | Banco.az

İlk 6 ay ərzində kompensasiya ödənişlərinin məbləği 78% çoxalıb

2015-ci ilin ilk altı ayı ərzində AVSMMİS üzrə 11,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Banco-nun İcbari Sığorta Bürosuna əsasən verdiyi məlumata görə, 2015-ci ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsünü sizə təqdim edirik.

Ən sərfəli kredit üçün müraciət et

İyun ayında İcbari Sığorta Bürosu tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. 2015-ci ilin altı ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78% çox olmuşdur.Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 6 % azalma müşahidə edilmişdir.