“İki və daha artıq yerdə çalışan şəxslərin icbari tibbi sığorta haqqı hər iş yeri üzrə tutulur”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva “İcbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda canlı yayımda deyib.
Onun sözlərinə görə, vətəndaşın fərqli yerlərdə rəsmi gəliri varsa, gəlirləri olan mənbələrdən sığorta haqqı tutulur:
“Belə vətəndaşlar da tibbi xidmətlərdən digər vətəndaşlar kimi istifadə edir. Sahibkarlıq fəaliyyəti ilə məöşğul olan şəxslərin sığorta haqqı ölkə üzrə minimum əməkhaqqının 1%-i həcmində müəyyənləşdirilib. Bu da 10 manat məbləğindədir” – o deyib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!