İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininrəsmi internet saytı yenilənib | Banco.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininrəsmi internet saytı yenilənib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininrəsmi internet saytı yenilənib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytının (its.gov.az) məzmunu vədizaynı yenilənib.Saytın yeni versiyasının müasir dizaynla tərtib edilməsi iləyanaşı, strukturuna da yeni bölmələr əlavə edilib. Sayt hazırlanan zaman vətəndaşları Agentliyin fəaliyyəti və icbari tibbi sığorta sahəsi üzrə ən çox maraqlandıranməsələlər nəzərə alınıb.Sayt əvvəlki qaydada Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir.

4 səhifədən, 5 bölmədən və 27altbölmədənibarət olansaytda qurumun fəaliyyətinə dair xəbərlər və məlumatlarla tanış olmaq, habelə icbari tibbi sığortanın tətbiqi ilə bağlı əhalini maraqlandıran suallara cavab tapmaq mümkündür.

Saytın yuxarı panelində açar sözü yazıb lazım olan məlumatı əldə etmək məqsədilə axtarış bölməsi yaradılıb.

Birinci səhifədən “Sığortaolunanların hüquq və vəzifələri”, “Baza zərfi”, “İstisnalar zərfi” və “TƏBİB” adlı ümumilikdə 4 altbölməyə keçid etmək mümkündür. “Baza zərfi” altbölməsinədaxil olmaqla vətəndaşlar pilot ərazilərdə icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı ilə tanış ola bilərlər. “İstisnalar zərfi” altbölməsindəisə baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin toplusu yer alır. “TƏBİB”altbölməsinədaxil olduqda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrinin siyahısı ilə tanış olmaq olar. Həmçinin birinci səhifədə vətəndaşlar “Elektron müraciət” xidmətindən istifadə edərək qurumun fəaliyyəti ilə bağlı təklif, ərizə və şikayətlə müraciət edəbilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin fəaliyyəti ilə bağlı xəbərlər, press-relizlər, foto və video materiallar saytın ikinci  səhifəsində mütəmadi olaraq yenilənir.

Növbəti səhifədə Agentlik haqqında ümumi məlumat, qurumun strukturu və filiallarıbarədə informasiya öz əksini tapır.

Saytın sonuncu səhifəsində isə “Qanunvericilik” bölməsinə və “Ən çox verilən suallar” altbölməsinə keçid etmək mümkündür.Vətəndaşlar “Qanunvericilik” bölməsinə daxil olaraq normativ-hüquqi sənədlərlə tanış ola bilərlər.

Saytın aşağı panelində yerləşən “Abunə olun” xidməti vasitəsilə istifadəçilər qurumun fəaliyyəti ilə bağlı yayımlanan xəbərlər, elan olunan ən son vakansiyalar haqqındadərhal məlumat əldə edə bilərlər.

Bütün bunlarla yanaşı, sayt vasitəsilə Agentliyin rəhbər işçilərinin elektron ünvanlarını öyrənmək, qəbul günlərinin cədvəli ilə tanış olmaq və elektron şəkildə qəbula yazılmaq mümkündür.

Saytda həmçinin qurumun sosial şəbəkələrdəki səhifələrinə keçidlər də yer alıb.Saytda həmçinin Bankın fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.Saytda həmçinin Bankın fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.Saytda həmçinin Bankın fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.