İcbari Sığorta Bürosundan "Banco.az"a verilən məlumata əsasən, İcbari Sığorta Bürosunun nizamnaməsinə dəyişiklik edilib.
Məlumata görə, sığorta bazarı ilə bağlı səlahiyyətlərin Maliyyə Nazirliyindən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) keçdiyi nəzərə alınaraq Büronun Himayəçilər Şurasının üzvlərinin tərkibində olan nazirlik nümayəndələri palatanın iki nümayəndəsi ilə əvəz edilib.