Hyundai yeni krossover modelinin adını açıqlayıb | Banco.az

Hyundai yeni krossover modelinin adını açıqlayıb

Cənubi Koreyanın avtomobil nəhəngi Hyundai, yeni yığcam (kompakt) SUV modelinin adını açıqlayıb. Avtomobilin adı Styx-dır.

Hindistanın mediası Styx-in böyük ehtimalla Hindistan, Cənubi Koreya və Türkiyə olmaqla üç ölkədə birdən istehsal ediləcəyini yazıb. Yeni modelin, Hyundai-ın ən böyük qlobal satış həcminə çatması gözlənən modeli olması hədəflənir.

Hyundai Styx, həm 1.2 benzin və 1.5 dizel mühərrik variantları ilə istehsal olunacaq.
 
Hyundai, Styx adını Yunan mifologiyasından götürüb. Yunan mifologiyasında canlıların yaşadığı dünyanı Hades-dən ayıran çayın adı Styx-dir. Həmçinin Yunan tanrısı Axilles-in də bu çaya girdiyi üçün ölümsüz olduğuna inanılır. 

Ən sərfəli kredit üçün müraciət et

Avtomobilin elektrik ilə işləyən versiyası da olacaq.

Hyundai Styx, açılan tavana, geniş ekranlı məlumat-əyləncə sisteminə və geniş baqaja malik olacaq. Hyundai Styx-in eyni zamanda park sensoru və kamerası, açarsız giriş və ağıllı telefon əlaqəsi kimi xüsusiyyətləri də standart olacaqdır. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et