Həyat yoldaşı ilə alkoqollu dondurma biznesi quran xanımın uğur hekayəsi | Banco.az

Həyat yoldaşı ilə alkoqollu dondurma biznesi quran xanımın uğur hekayəsi

Yay mövsümünün başlaması ilə sərinləşdirici içki və dondurmalara  tələb artır. Təbii ki, bu dövrdə markalar yeniliklər etməklə müştəri bazasını və satışını artırmağa çalışırlar. Bu yeniliklər, daddan, dizayndan başlayıb reklama qədər davam edir. Belarusiyalı bir ailə də məhz bu dövrdə yeni bir dondurma ilə bazara səs salmağı bacarıb. Onlar Alcreme adlı tərkibində rом, viski, şampan, likör araq olan müxtəlif dadlarda alkoqollu dondurmaları satışa çıxarıblar. Olqa Vasilyukun dediyinə görə bundan öncə də onlar müxtəlif sahələrdə həyat yoldaşı ilə birgə bizneslə məşğul olublar və bunun üçün bir çox ölkələrə səyahət edərək ordakı biznes forumlarına qatılmış və yeniliklərlə tanış olmuşlar.

Ən sərfəli kredit üçün müraciət et

Moskvada təşkil olunmuş belə forumların birində olarkən tərkibində spirtli içkilərin yer aldığı dondurma ilə tanış olurlar və bir qədər araşdırdıqdan sonra belə bir yeniliyi ölkələrinə gətirməyi qərarlaşdırırlar. Bundan sonra ailə danışıqlar apararaq bu işlə məşğul olan insanlarla əməkdaşlıq edir və satış üçün ilk olaraq festivallardan başlayırlar. Festivalda məhsula maraq gözləniləndən daha artıq olur. Olqa Vasilyukun dediyinə görə dondurmaların porsiyasının qiyməti təqribən 2dollar olsa da insanların məhsula böyük marağı olub. Onun sözlərinə görə məhsulu tanıtmaq üçün reklama ehtiyac olmayıb. Xanım Vasilyuk bu biznes üçün ümumilikdə 10000 dollar xərclədiklərini və qarşılığında çox yaxşı təkliflər almaqda davam etdiklərini bildirib. Yeni başlayanda şirkət xanım, yoldaşı və ümumilikdə 5 nəfərlik satıcı və supervayzerdən ibarət olub. Onlar qısa zaman sonra biznesi daha da böyütmək haqda düşündüklərini də gizlətməyiblər.  

 

Nəcibə Yusifova Banco.az