Həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 4% artıb | Banco.az

Həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

Həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 204 milyon 169 min manat sığorta haqqı toplanılıb.Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 22,4% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 318 milyon 284 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,3% azalaraq 82 milyon 646 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,5% artaraq 119 milyon 55 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, 2019-cu ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,5 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 31,5 manat və 34 manat olub. 

Renkinq.az