Həftənin Kitabları | Banco.az

Həftənin Kitabları

Bu gündən etibarən həftənin kitab(lar)ını sizə təqdim etməkdən böyük zövq duyuruq. Hər həftənin 5-ci günü bir şəxsi inkişaf, biznes mövzulu və bir digər mövzuda (roman, dram, psixoloji və s. ) kitablar olmaqla ümumilikdə 2 kitabı sizin üçün seçəcəyik.

Kitab oxumağın faydası barədə qısaca – Kitab oxuyarkən beynin hər iki yarımkürəsi koordinasiyalı (İşin, prosesin elementləri arasında qarşılıqlı əlaqələrin effektiv qurulmasına yönəldilmiş fəaliyyət) şəkildə işləmək məcburiyyətində qaldığından, mütaliə beyin yarımkürələrinin stabil inkişafı üçün çox vacibdir. Beynin sol yarımkürəsi tərəfindən təqib edilən, qavranan sözlər, sağ yarımkürəsi vasitəsi ilə təsvir edilir, şəkilləndirilir və yeni düşüncələrə çevrilir.

Həftə sonunun xoş və səmərəli keçməsi üçün seçilən bu kitablar sizə hərtərəfli faydalı olub, eyni zamanda istirahətinizi təmin etmək xarakteri daşıyır.

Xoş mütaliələr...

 

 

Ahmet Şerif İzgören.

Dikkat Vücudunuz Konuşuyor.

(Türkcə)

Bədən dilinin müxtəlif sahə və situasiyalara görə sizin maraqlarınızı təmsil etməsi barədə çox unikal üsulların göstərildiyi möhtəşəm kitab. Bu kitabda istər siyasi, istər məişət, istərsə də tanışlıq mövzusunda bədən dilinin istifadəsi haqqında çox strateji üsullar izah olunur. Ahmet Şerif İzgören özünün yormayan, axıcı yazı üslubu ilə kitabın necə bitdiyini hiss etdirmir. Xoş Mütaliələr.

Ən sərfəli kredit üçün müraciət et

“Dik­kat edin, bir açık otu­rum­da, de­ne­yim­li ve göz­lük­lü bir po­li­ti­ka­cı, kar­şı­sın­da­ki ko­nu­şur­ken göz­lü­ğü­nü ta­kar, ken­di ko­nu­şur­ken çı­ka­rır. Bu ha­re­ket kar­şı­sın­da­ki­ni bir sü­re son­ra Pav­lov’un kö­pe­ği hâ­li­ne ge­ti­rir. Göz­lü­ğü çı­kar­dı­ğı an­da sö­zün ona geç­ti­ği­ni kar­şı­sın­da­ki his­se­der ve su­sar.”

 

“İyi bir göz­lem­ci ol­ma­ya ve in­sa­noğ­lu­nun bi­linç­siz­ce yap­tı­ğı bir­çok ha­re­ke­tin an­la­mı­nı oku­ya­bil­me­ye baş­la­dı­ğı­nız­da ye­ni ve bü­yü­lü bir di­li ko­nuş­ma­ya ve an­la­ma­ya da baş­la­ya­cak­sı­nız.”

 

Paulo Coelho.

Kimyagər.

(Azərbaycan dilində)

Satış həcminə görə Ginnesin Rekordlar Kitabına düşən bu əsər, zəngin təxəyyül məhsulu olub sürükləyici mövzuya sahibdir. Kitabın qəhrəmanı Santiago güclü savad və biliyinin olmasına rəğmən, gəzmək və görmək üçün çobanlıq etməyi və yeni əraziləri kəşf etməyi seçir. Sonradan “Ölümsüzlük İksiri” və “Fəlsəfə daşı”-nın axtarışına çıxan gəncin bu yolda başından keçən hadisələr olduqca maraqlı və fəlsəfi fikirləri, düşüncələri özündə ehtiva edir. Kitabın hər bir oxucuya müsbət mənada təsir edəcəyini yəqin edirik.

 

“Yeganə həqiqət budur ki, var olan bu dünya, bundan daha mükəmməl bir dünyanın varlığının sübutudur”

 

Layihə və kitablar haqqında fikirlərinizi rəy bölməsində qeyd etməyi unutmayın | Banco.az Qrup