Bu həftə sonu üçün tövsiyə etdiyimiz film “Kapitalizmi xilas etmək” (Saving Capitalism) adlanır.
Film 2017-ci ildə ABŞ-ın keçmiş əmək naziri və professor Robert Reyxin eyni adlı kitabı əsasında çəkilib. Film ABŞ-ın iqtisadi sistemi haqqında və “kapitalizmi xilas etmək”, başqa sözlə desək, onu düzəltmək üçün böyük ideyalardan bəhs edir. Bu film ABŞ-da kapitalizmin başlanğıcından indiki vəziyyətinə qədər təkamülünü izləyir.
Bill Klintonun dövründə əmək naziri olan Reyx korporativ lobbiçiliyi, kapital gəlirləri üzrə vergi dərəcələrini tənqid edir. Reyx yazır: "Biz zəngin deyildik, amma heç vaxt özümüzü kasıb hiss etmirdik." İkinci Dünya Müharibəsindən sonra isə 30 il ərzində amerikalı ailələrin gəliri və alıcılıq qabiliyyəti durğunlaşmağa başladı. Baxmayaraq ki, məhsuldarlıq artımı və iqtisadi artım davam edirdi. Bununla da, insanlar arasında gəlir bərabərsizliyi sürətlə artmağa başladı. Böyük şirkətlərinin rəhbərləri işçilərin orta gəlirindən 30 dəfə çox maaş alsa da, əksər insanların sərvətə yaxınlaşmağa belə şansı yoxdur. Onun son səhifələrdə təklif etdiyi islahatların biri də minimum əmək haqqının yaradılması idi. Kapitalizm və onu düzəltmək üçün Reyxin fikirləri ilə daha ətraflı məlumatı filmi izləyərək əldə edə bilərsiniz.
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
sənədli filmlər, film tövsiyəsi, həftənin filmi, maraqlı kinolar