"Kim ki, oxumağı bacarır, lakin mütaliə etmirsə, onun oxumağı bilməyəndən heç bir fərqi yoxdur".
Fərdi inkişaf mövzusunda növbəti tövsiyə kitabımız Robin Şarma “Dahiliyə aparan yol”-dur
İki cildən ibarət olan bu kitab öz daxili potensialınızı reallaşdırmağa, uğursuzluqları yeni imkanlara çevirməyə, maksimum dərəcədə məhsuldar olmağa, bir sözlə, özünüzü lider kimi formalaşdırmaqda sizə kömək edəcək. Hamının öz həyatında yaxşılığa doğru dəyişiklik etmək, daha xoşbəxt insana çevrilmək istəyini nəzərə alsaq, bu kitab oxucunun ən etibarlı yol yoldaşı olacağını deyə bilərik.
Kitab sizə öz istedadınızı kəşf etmək, biznesdə uğurlu olmaq, xoşbəxt olmaq üçün müəllifin tövsiyə və təcrübələrilə dahiliyə aparan bu yolda bələdçilik edəcək.
Xoş mütailələr :)
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
biznes kitabları, kitab tövsiyəsi, motivasiya kitabları, bestseller, maraqlı kitablar