Maliyyə sahəsində xəbərdar olmadığımız yüzlərlə, bəlkə də minlərlə termin mövcuddur. Biz bu gün sizə həmin terminlərdən ən lazımlı 10 dənəsini seçərək məqalə şəklində təqdim etmişik. Ümid edirik faydalı olacaqdır.
1) Valorizasiya - Dövlətin müdaxiləsi nəticəsində əmtəə, xidmət, yaxud maliyyə bazarında qiymətlərin qaldırılması. Bu termin həm də iqtisadiyyatın dövlət tənzimlənməsi alətlərindən biridir.
2) Taksa - Qiymətin, tarifin, ödəniş məbləğinin dəqiq müəyyənləşmiş və yaxud müəyyənləşdirilmiş səviyyəsi.
3) Rantye - Maliyyə gəliri ilə yaşayan şəxs. Gəliri yalnız dividentdən, kredit faizindən, qiymətli kağızlardan ibarət olan iqtisadi subyekt.
4) Pip (Pips) - Valyuta məzənnəsində ən minimal dəyişikliyi əks edən anlayış. Adətən, 0.01%-ə bərabərdir.
5) Front ofis - Şirkətdə müştərilərlə təmasda olan departamentlər – marketinq, satış, xidmət kimi bölmələr.
6) Spekulasiya - Qiymət dəyişikliyindən yüksək gəlir əldə etmək gözləntisilə yüksək riskli investisiya yatırılması prosesi.
7) Lot - Ticarət sövdələşməsi həcmini xarakterizə edən minimum ölçü vahididir. Ticarət həcmi hər zaman tam lot ölçüsü ilə xarakterizə edilir
8) Kağız bareli - Neft və ya neft məhsulları üzrə fyuçers, forvard və ya opsion müqaviləsidir.
9) Kambio - Borc öhdəlikli maliyyə sənədi, veksel, istiqraz və s.
10) Cirinq - Iqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifadə edən anlayış: C=bk / şk Burada: c-cirinq əmsalı; bk-məcmu borc kapitalının həcmi; şk-məcmu şəxsi kapitalının həcmi.