Hansı mobil operatorun tarif paketləri daha sərfəlidir? – Qiymətlər | Banco.az

Hansı mobil operatorun tarif paketləri daha sərfəlidir? – Qiymətlər

Mobil operatorlar müştərilərini qazanmaq və onlara daha sərfəli qiymətlərlə daha yüksək xidmət göstərmək üçün çalışırlar. Müştərilər də sərfəli qiymətlə yüksək keyfiyyətdən yararlanmaq istəyirlər.

Hər kəsə faydalı olacaq bu məqaləmizdə mobil operatorların ("Azercell", "Bakcell" və "Nar Mobile") tarif paketlərini araşdırmışıq.

Araşdırmamıza görə, ölkədə fəaliyyət göstərən 3 operatorun da hər büdcəyə uyğun tarifləri var. Bonuslu tariflərdə minimum qiymət 6 manat, maksimum qiymət isə 99 manatdır.

Həmçinin oxu: Ən sərfəli internet paketini hansı mobil operator təklif edir?

"Azercell"in 3 tarifində ("Super Sən", "GəncOL" və "Premium") ən aşağı qiymət 6 manatdır. Bu qiymətlə "GəncOl 6" tarif paketindən yararlana bilərsiniz. Operatorun təklif etdiyi ən yüksək qiymətli tarif paketi isə "Premium 100"dür. Tarifin qiyməti 99 manatdır. Tarifə 100 GB internet, 1000 dəqiqə şəbəkəxarici zəng (limitsiz şəbəkədaxili zəng) və rominq interneti daxildir. 

"Bakcell"in təklif etdiyi bonuslu tariflərdən ən az qiyməti olan tarif "Klass 6" (6 manat) tarif paketidir. Bu tarifə 500 MB internet və 150 dəqiqə ölkədaxili zəng daxildir. Operatorun ən bahalı tarifi isə 55 manatadır (Klass 55).

"Nar Mobile"da da ən ucuz tarif paketi 6 manata təklif edilir. Bu tarifə 600 MB internet və 120 dəqiqə ölkədaxili zəng daxildir. "Nar Mobile"da ən bahalı tarif paketi isə 49 manatadır (FULL 49).

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda qeyd etdiyimiz tariflərin digər bonusları və əlavə tarif paketləri haqqında daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. 

Rus dilində oxumaq üçün: Тарифные пакеты какого мобильного оператора более выгодны? – Цены

Araşdırma: Gülnar Əhmədli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram