Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək? | Banco.az

Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək?

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından sonra vətəndaşlarda güzəştlərin tətbiqi, kompensasiya mexanizmi və digər məsələlərlə bağlı suallar yaranıb.

İqtisadçı Vüqar Bayramov bir sıra suallara aydınlıq gətirib:

 

Ən sərfəli kredit üçün müraciət et

Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək?

Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollarla kredit bağlanır.