Hansı bankların kreditlərini onlayn ödəmək olur? | Banco.az

Hansı bankların kreditlərini onlayn ödəmək olur?

Bu gün bank filialın yaxınlaşanda əksər banklarda istər istəməz “milli növbələrin” şahidi oluruq, bu növbələr ya kredit sifarişi, ya da kredit ödənişləri ilə bağlı olur.

Banklarla adi işgüzar insanların iş qrafikləri eyni olduğundan əksəriyyətimiz vaxt edib banklara baş çəkə bilmir, banka yaxınlaşanda isə mövcud növbələri görüb qorxuya düşürük.

Hamımız bilirik ki, kreditləri almaq qədər geri qaytarmaq da çətindir, xüsusən də əgər vaxt buna imkan vermirsə. Vaxt itirməmək və gecikmələrə yol verməmək üçün ən rahat üsul kreditlərin onlayn ödənişidir, nə iş yerindən, nə də evdən ayrılmaq lazım gəlmir. Yetər ki, əlinin altında internet və hesabında pul olan plastik kartın olun. Kreditlərin onlayn ödənişi bəzi bankların bizə təqdim etdiyi eksklüziv dəbdəbədir ki, bunun sayəsində nə nəqliyyatda, nə növbələrdə vaxt itirmirsən, əsəblərin də sakit qalır.

Deyək ki, bankda növbələr olmur, xidmət yüksək səviyyədədir və s, amma elə hallarda olur ki, ödəniş etməzdən əvvəl1 və ya 2 həftəlik xarici səfərə getməli olursan, həmçinin fiziki durumun və ya hava şəraiti imkan vermir ki, evdən çıxasan. Bütün bu hallarda ən yaxşı çıxış yolu kreditini elə evdən, internet üzərindən ödəməkdir.

Bəs, hansı banklar bizə bu imkanı verir?

Aşağıda korporativ saytlarının vasitəsi ilə kredit ödənişi etmək mümkün olan bankların siyahısı ilə tanış ola bilərsiniz. 

Bank of Baku  Kreditin onlayn ödənişi

Unibank Kreditin onlayn ödənişi

Bank Respublika  Kreditin onlayın ödənişi

DəmirBank Kreditin onlayn ödənişi

AccessBank Kreditin onlayn ödənişi

Bank Silk Way  Kreditin onlayn ödənişi

Bank Avrasiya Kreditin onlayn ödənişi

Turan Bank Kreditin onlayn ödənişi

Kapital Bank Kreditin onlayn ödənişi

Azərbaycan Beynəlxalq Bankı  Kreditin onlayn ödənişi

Expressbank Kreditin onlayn ödənişi

Bank Standard Kreditin onlayn ödənişi

Ən sərfəli kredit üçün müraciət et

Burada isə sizə hesab.az saytının vasitəsi ilə (Golden Pay üzərindən) kreditlərini onlayn ödəyə bildiyiniz bankların adı təqdimolunub.

Ata Bank  Kreditin onlayn ödənişi

AGBank  Kreditin onlayn ödənişi

Bank Of Baku Kreditin onlayn ödənişi

TuranBank Kreditin onlayn ödənişi

Unibank Kreditin onlayn ödənişi

 Bank Standard Kreditin onlayn ödənişi

NikoilBank Kreditin onlayn ödənişi

Bank Respublika Kreditin onlayn ödənişi

Flexicredit Kreditin onlayn ödənişi

Embafinans  Kreditin onlayn ödənişi

Kreditləri onlayn ödəmək üçün sizə nə lazım olur:

  • Kreditin hesab nömrəsi (bank tərəfindən verilmiş müştəri kodu)
  • Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi
  • Balansında pul olan ödəniş kartı (kartın rekvizitləri)

Qeyd: Bəzi banklarda onlayn kabinet, internet bankinq və ya şəxsi kabinet xidmətləri vasitəsi ildə də hesablara nəzarət etmək mümkündür, amma bu kreditin adi onlayn ödənişi qədər sadə prosedur deyil. Bu haqda növbəti yazılarımızda geniş məlumat verəcəyik.