Hansı banklar TƏHSİL KREDİTİ verir? | Banco.az

Hansı banklar TƏHSİL KREDİTİ verir?

Təhsil almaq nə qədər qürurverici olsa da, bu təhsili uğurla başa vurmaq üçün bəzi problemlər ortaya çıxır. Bu problemin ən əsası təhsil haqlarının ödənilməsi ilə bağlıdır. Bu kimi problemlərin qarşısının alınması üçün Təhsil Nazirliyinin təşəbbüsü ilə  "Maarifçi" Tələbə Kredit Fondu yaradılmışdır.  Bu fond faizsiz güzəştli (qaytarılma müddəti -120 ay) və standart (qaytarılma müddəti - 60 ay) kreditlər verməklə aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanlar yaradır. 

Həmçinin bax: Hansı banklar təhsil kreditləri verir? Yeni 2021

Bundan başqa banklarımız da təhsil kreditləri təklif edir. Təhsil krediti verən banklar və onların şərtləri ilə aşağıdakı cədvəldə qeyd olunub.

Banklar Kreditin adı Kreditin məbləği Kreditin müddəti Faiz dərəcəsi
Bank Respublika* Təhsil haqqı krediti 500-10 000 12 ay 20%
Bank VTB** Təhsil krediti 300-30 000 6-60 ay 19%-dən başlayan
Xalq Bank*** Təhsil krediti 500-100 000 48 ay 15%

* Kreditin məbləği 3 000-dən çox olduqda zamin tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

** Tələbələr fərqlənmə ilə oxuduğu halda kreditin faiz dərəcəsində 1% endirim nəzərdə tutulur.

*** Kreditin məbləği 10 000-dək olduqda fiziki şəxsin zaminliyi, 30 000-dək avtonəqliyyat vasitəsinin girovu, 100 000-dək olduqda daşınmaz əmlakın girovu tələb olunur.

**** Kreditin məbləği 5000-dək olduqda zamin tələb olunmur.

 

Tərlan Qəhrəmanova, Banco.az