Avtomobil almaq hər birimizin arzusudur. Lakin avtomobil almaq üçün gəlirlərimiz onun qiymətini qarşılamaya bilər. Bunun üçün banklar xüsusi avtomobil kreditləri təklif edirlər. Bu kreditlərin şərtləri avtomobilin istehsal ilindən asılı olaraq dəyişir. Banklar avtomobilin istehsal ilini 1 ilə kimi və 1 ildən 5 ilə kimi ayırırlar. İlkin ödəniş istehsal ili ilə yanaşı maşının dəyərindən asılı olaraq dəyişir.
Banco.az sizin üçün avtomobil kreditləri verən bankları və onların şərtlərini araşdırıb.
Banklar | İlkin ödəniş | Müddət | Faiz | |
İstehsal tarixi 1 ilədək | İstehsal tarixi 1 ildən 5 ilədək |
|||
Amrahbank | dəyəri 30000 AZN-dək - 50%; dəyəri 30000 AZN-dən çox - 40% |
80% | 3-36 ay | 21-25% |
Atabank | 40% | 80% | 12-48 ay | 20-26% |
Bank BTB | dəyəri 30 000 AZN-dək - 50%, dəyəri 30 001 AZN-dən çox - 40% |
80% | 36 ayadək | 25-27% |
Bank Respublika | 40%-dən çox | 40%-dən çox | 36 ayadək | 18-24% |
Günay Bank | 25% | 40-50% | 12-60 ay | 22-25% |
Xalq Bank | dəyəri 30000 AZN-dək - 50% dəyəri 30000 AZN-dən çox - 40% |
80% | 1-48 ay | 17-26% |
NBC Bank | dəyəri 30000 AZN-dək - 50 %, dəyəri 30000 AZN-dən çox - 40 % |
80% | 60 ayadək | 20-26% |
Rabitə Bank | dəyəri 30000 AZN-dək - 50% dəyəri 30000 AZN-dən çox - 40% |
80% | 36 ayadək | 16-19% |
Yapıkredi Bank | 40-80% | 40-80% | 12-36 ay | 18-19% |
Naxçıvanbank | dəyəri 30000 AZN-dək - 50% dəyəri 30000 AZN-dən çox - 40% |
- | 36 ayadək | 17-18% |