Ümumi məlumat
"Günay Sığorta" ASC Sizə təcrübəniz olmadan da öyrənərək inkişaf etmək üçün şərait yaradır.
Əgər karyeranızı sığorta sahəsində başlamaq və gələcəkdə uğurlu karyera qurmaq istəyirsinizsə, o zaman ilk addımı bu vakansiyaya müraciət etməklə atın!
1. "Günay Sığorta" ASC Məlumat mərkəzi şöbəsinə mütəxəssis vəzifəsinə işçi axtarır.
Namizədə tələblər:
∙ Yaş: 20-35
∙ Cins: Qadın
∙ Təhsil: Ali
∙ Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini bilmək arzu olunandır)
∙ Kompüter bilikləri : Ofis proqramları(Word, Excel)
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
∙ Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
∙ Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
∙ Müştərinin təklif və iradlarını qəbul edərək lazımi strukturlara yönəltmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 300-400 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
2. "Günay Sığorta" ASC Satış şöbəsinə mütəxəssis vəzifəsinə işçi axtarır.
Namizədə tələblər:
∙ Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən
∙ Yaş: 25-35
∙ Cins: Kişi
∙ Təhsil: Ali və ya orta ixtisas
∙ Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır)
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
∙ Yeni müştərilərin tapılması
∙ Sığorta məhsullarının satışı
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
3. "Günay Sığorta" ASC Zəng mərkəzi üçün operator vəzifəsinə işçi axtarır.
Namizədə tələblər:
∙ Müştəriyönümlü, gülərüz, məsuliyyətli, sərbəst , özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən
∙ Yaş: 20-35
∙ Cins: Qadın
∙ Təhsil: Ali və ya orta ixtisas
∙ Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır)
∙ Komputer bilikləri : Ofis proqramları(Word, Excel)
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
∙ Yeni müştərilərin tapılması
∙ Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
∙ Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması
∙ Şirkət məhsullarının müştərilərə təqdim edilməsi
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.