Google My Business xidməti Agency Dashboard adlı panel təqdim edib. Yeni funksiya reklam agentlikləri və SEO üzrə fəaliyyət göstərən şəxslərə geniş miqyaslı səhifələri idarə etməyə icazə verir. Panel qeydiyyat tamamlandıqdan sonra aktiv hala gəlir. Qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz.
Agency Dashboard-da hər hesab 100 filial limiti yarada bilər. Eyni zamanda yüzə yaxın səhifəni idarə etmək mümkündür. Həmçinin panel, Google siyahısının idarə olunmasını və dəvətlərin qəbulu kimi göndəriş funksiyasını sadələşdirir.
Yeni paneldə hesab sahibləri filial qruplarının adlandırılmasını tənzimləyə biləcək. Google şirkət üçün birdən artıq qrup yaratmamağı məsləhət görür. Bundan əlavə hesabda və ya qrup filialında axtarış üçün qısa yollar yaradılıb. “Qrup istifadəçiləri” bölməsi isə agentliklərə komandanı idarə etməyə və onların qrup filialından səmərəli istifadəsinə şərait yaradır.
Nəcibə Yusifova, banco.az