Google AdWords artıq daha sadə və funksional olacaq | Banco.az

Google AdWords artıq daha sadə və funksional olacaq

Google öz istifadəçilərini sevindirmək və işlərini asanlaşdırmaq qərarına gəlib. Beləki, şirkət 18 il sonra öz reklam siyasətində böyük dəyişikliklər edib. Artıq Google AdWords adını dəyişərək Google Reklam edib. Bu dəyişiklik yalnız yeni ad deyil həm də yeni funksionallığı da öz bərabərində gətirib. Yeni platformada Google Marketing Platform və Google Ad Manager funksiyaları da ortaya çıxıb.

Google Analytics 360 SuiteDoubleClick xidmətləri artıq Google Marketing Platform adı altında birləşib. Platformadakı bu dəyişiklik rəqəmsal marketinqlə məşğul olanlara işlərini daha asan planlamağa, dəyişiklik etməyə və optimallaşdırmağa və həmçinin müştəriyə daha yaxşı xidmət verməyə şərait yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, yaxın zamanlarda Google kiçik bizneslər üçün App Maker platformasını təqdim etmişdi.

Nəcibə Yusifova, banco.az