Dünyada "Toyota" və "Wolkswagen"dən sonra 9,5 mln. avtomobil satışı ilə 3-cü sırada yer alan ABŞ-ın "General Motors" şirkəti 2023-cü ilə qədər 20 yeni elektrikli avtomobil modeli istehsal edəcəyini açıqlayıb.
"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı ABŞ-ın Detroyt şəhərində keçirilən mətbuat konfransında şirkətin müdür müavini Mark Reuss verib. Reuss yaxın 18 ayda 2 yeni elektrikli modelin satışına başlanacağını qeyd edib.
Konfransda ən diqqət çəkən məqam isə M.Reussun "gələcək təmamilə elektrikli avtomobillərdə olacaq" deməsi olub.
Xatırladaq ki, hazırda şirkət elektrikli "Chevrolet Bolt" modelini istehsal edir. Onun ABŞ-da satış qiyməti 35 min dollardan başlayır və bir dəfəyə 383 km. yol qət edir. Elektrikli avtomobil bazarında isə liderlik "Nissan" şirkətinin "Leaf" modelinə məxsusdur.