"Fitch" Beynəlxalq Reytinq Agentliyi Böyük Britaniyanın milli və xarici valyutalarda uzunmüddətli defolt reytinqini mənfi proqnozlu "AA" səviyyəsində təsdiqləyib.
Proqnozun "mənfi" olmasına səbəb ölkənin Avropa İttifaqından çıxması (Brexit) ilə davam edən "sərt" ssenarinin risklər yaratmasıdır.
Agentlik hesab edir ki, "Brexit", qısamüddətli və ortamüddətli dövrdə Böyük Britaniyanın ticarət, investisiya və iqtisadi perspektivlərinə mənfi təsir edə bilər.
"Fitch"in proqnozuna əsasən, 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun artımı 2017-ci ildəki 1,7%-lik göstəricədən 1,3%-ə düşəcək.
Report.az