Reytinq üzrə proqnoz isə neqativ təsdiqlənib
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-"dan "BB+"a endirib. "Report" xəbər verir ki, Agentlik Fondun kredit reytinqi üzrə proqnozu isə "neqativ" olaraq təsdiq edib. "Fitch" AİF-in kredit reytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyini bildirib.
Xatırladaq ki, fevralın 26-da "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqini "BBB-"dən "BB+"a azaldıb, proqnozu isə "neqativ"ə dəyişib. Agentlik AİF-in kredit reytinqində gələcəkdə hər hansı bir dəyişikliyi Azərbaycanın suveren reytinqində mümkün dəyişikliklərdən asılı olduğunu vurğulayır.