“FINCA Azerbaijan”ın əməkdaşları qəzaya uğrayıb: biri ölüb, 3-ü yaralanıb | Banco.az

“FINCA Azerbaijan”ın əməkdaşları qəzaya uğrayıb: biri ölüb, 3-ü yaralanıb

Sabirabadda baş verən qəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosuna BDYPİ-dən verilən məlumata görə, qəza ötən gün saat 19.00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 21-ci kilometrliyində, Şəhriyar kəndi ərazisində baş verib. Ağcabədi rayonunun Salmanbəyli kənd sakini 1986-cı il təvəllüdlü Soltanov Ülfət Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 04 BX 497 dövlət nömrə nişanlı avtomobil sərt döngədə idarəetməni itirərək yoldan çıxıb və  aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlər Ağcabədi rayon Salmanbəyli kənd sakinləri 1991-ci il təvəllüdlü Mikayıllı Nahid Hüseyn oğlu və 1996-cı il təvəllüdlü Sultanlı Zaur Ələddin oğlu yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Digər sərnişin Ağcabədi şəhəri Nərimanov küçəsi 4 ünvanında yaşayan 1988-ci il təvəllüdlü  Qurbanov Vasif  Etibar oğlu hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib. Nahid Mikayıllının vəziyyəti isə kritik ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həkimlərin bildirdiyinə görə, yaralı kəllə-beyin travması, qabırğaların çoxsaylı sınığı və plevropulmonal şok vəziyyətində süni nəfəsalma aparatına qoşulub. Qeyd edək ki, qəzaya uğrayan şəxslər “FINCA Azerbaijan”-nın Ağcəbədi filialının əməkdaşları olub.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

lent.az