Fast Food restoranlarının loqoları niyə qırmızıdır? | Banco.az

Fast Food restoranlarının loqoları niyə qırmızıdır?

Burger King, McDonald’s, KFC, Pizza Hut… Sadalananların hamısının “fəst fud” restoranları olması ilə bərabər, həmin restoranların daha bir ortaq nöqtəsi var: Qırmızı rəngin hakim olduğu loqolar.

Bu bir təsadüf deyil. Bir çox şirkət, müştəri ilə əlaqə yaratmaq üçün rənglərdən istifadə edir.

Normal insan ortalama olaraq 10 milyona yaxın rəng görə bilir, amma qırmızı xüsusidir. Ulu babalarımızın önəm verdiyi ilk rənglərdən biri qırmızı idi. Əlifba və yazıdan öncə, insanın dili rəngsiz idi. “Qara”, “ağ” və “qırmızı” üçün kəlimələr var idi. Mavi isə, minlərlə il sonra, eramızdan sonra 2-ci əsrdə ortaya çıxdı.

Nəticə olaraq, digər rənglərlərlə müqayisədə qırmızı ilə daha çox əlaqəmiz var və bu rəngə “fəst fud” restoranlarının xeyrinə reaksiya veririk. Tədqiqatçılar qırmızı rəngin təcililik (təxirəsalınmazlıq) hissi oyandırdığını aşkar ediblər.

İvrit dilində və Yeni Qvineya qəbilələri daxil olmaqla bir çox qədim dillər qırmızını “qan” kəliməsi ilə adlandırmışdır.

Məsələn, ivrit dilində qırmızı “ah-dohm” şəklində tələffüz edilərkən, qan “dahm” olaraq tələffüz edilir. Qırmızının qanlı başlanğıcı müəyyən dövr ərzində dəyişmişdir. Orta əsrlərdən qırmızı rəngli geyimlər kral ailəsindən olanlar tərəfindən bir status simvolu olaraq geyinilirdi. Bugün Hindistanın bəzi yerlərində gəlinlər qırmızı gəlinliklərdə ərə gedirlər.

Ən sərfəli kredit üçün müraciət et

Əslində, qırmızı rəng dünyadakı bütün mədəniyyətlərin müsbət yanaşdığı bir neçə rəngdən biridir. Təbii ki, şirkətlər də, loqolarını çox vaxt sərf edərək yaratdığı üçün bunu gözdən qaçırtmamışlar. Nəticədə, bizlər vizual varlıqlarıq və 5 duyğumuzun olmasına baxmayaraq, beynimiz gözümüzdən gələn informasiyanın 80%-ni qəbul edə bilir.

Marketinq şirkəti WebPageFX-ə görə, istehlakçıların təxminən 85%-i bir məhsul ilə müqayisədə digərinə üstünlük verməsinin əsas səbəbinin rəng olduğunu bildirir.

Təsəvvür edin ki, “McDonald’s”ın loqosunun qırmızı rənginin yerinə yaşıl, çəhrayı və ya mavidir. Eyni təsir bağışlamır, elə deyilmi?

Moneta.az