Facebook jurnalistikanın inkişafı məqsədi ilə 300 milyon dollar vəsait ayıracaq | Banco.az

Facebook jurnalistikanın inkişafı məqsədi ilə 300 milyon dollar vəsait ayıracaq

Facebook yerli jurnalistlərə dəstək məqsədi ilə 300 milyon dollar vəsait ayıracaq. Bu barədə Reuters xəbər agentliyi məlumat verir.

3 il ərzində bu vəsaitin müvafiq şirkətlərə veriləcəyi qeyd olunub.  

Photo: Pixabay

Şirkətin bundan əvvəl də media sahəsinə sərmayə yatırdığı bildirilir. Sadəcə o zamanlar yatırılan vəsait jurnalistlərin Facebook məhsullarından istifadəsinə yönəldilmişdir.

Lakin indi Facebook amerikalı jurnalistlərə dəstək məqsədi ilə onlara yeni növ kontentin yaradılmasında, kadrların işə götürülməsi və biznes-model hazırlanmasında köməklik etmək niyyətindədir.

Şirkət tərəfindən ayrılan vəsaiti; Pulitzer Center, Lokal jurnalistikanın inkişafı üçün Local Media Association, Local Media Consortium və digərləri alacaq.

Facebook şirkətinin Global News bölməsinin vitse-prezidenti olan Kempbell Braun (Campbell-Brown) qeyd edir ki, sahə nümayəndələri ilə istifadəçilərin təlabatları haqqında müzakirələr aparılıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Facebook platformasında ən çox yerli xəbərlərə rast gəlmək istədiklərini vurğulayıblar. Məhz bu səbəbdən, müzakirə əsasında lokal nəşrlərin dəstəyinin mütləqliyi də qeyd edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

TechCrunch texnologiya və xəbər agentliyi,  Facebook şirkətinin bu addımı atmaq ilə istifadəçilərə vurduğu ziyanı yüngülləşdirmək istədiyini iddia edir. Eyni zamanda Facebook şirkəti yerləşdirilən kontentin mənbəsinin təhlükəsizliyini qorumaq fikrində olduğu da qeyd edilir.

Google şirkəti 2018-ci ilin mart ayında 300 milyon dollar sərmayəni jurnalistikanın inkişafı üçün ayıracağını bildirmişdir. Şirkət, Google News Initiative platformasının əsas məqsədinin keyfiyyətli jurnalistikaya dəstək, KİV biznes-modelinin inkişafı və saxta xəbərlər ilə mübarizədən ibarət olacağını da vurğulamışdır.

Qeyd edək ki, bir müddət öncə Marc Zuckerberg-in saxta xəbərlər ilə mübarizə aparan Beynəlxalq komitənin iclasında iştirak etmədiyi barədə məlumatlar yayılmışdır. 

Həmçinin oxu: Mark Zuckerberg 2018-ci ili 19 milyard dollar ziyan ilə başa vurdu

Ən sərfəli krediti almaq üçün müraciət et