Müəllif: Sığorta sahəsi üzrə məsləhətçi Vasif Kamalzadə
Daşınmaz əmlak Sizin sabaha əminliyinizin və stabilliyinizin rəhni, maliyyə dayanıqlılığınızın və dincliyinizin zəmanətidir. Məhz buna görə Sizin əmlak itdikdə və ya zədələndikdə maliyyə təhlükəsizliyinizin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
Siz daşınmaz əmlakınızı həm icbari həm də könüllü şəkildə sığorta etdirə bilərsiniz:
Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş,eləcə də , tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Mənzil və evlərin icbari sığortası üzrə sığorta haqları və sığorta məbləğləri əmlakın hansı şəhərdə yerləşməsindən asılı olaraq fərqlənir.Belə ki, Bakı şəhərindəki evlərin icbari sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və rayonlarda isə 30 manatdır. İldə cəmi bu məbləği ödəyərək mənzili və ya evi yanğın və digər risklərdən sığortalamaq mümkündür.Bakı şəhərindəki yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri 25 000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 000 manat, digər yaşayış məntəqələrindəki əmlaklar üzrə isə 15 000 manat nəzərdə tutulub. Yəni sığorta hadisəsi zamanı əmlakın icbari sığortası üzrə ödəniş bu məbləği keçməməlidir
Şəhər |
Sığorta məbləği |
Azad olma məbləği |
İcbari Sigorta haqqı (AZN) |
Bakı şəhəri |
25.000 |
250 |
50 |
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri |
20.000 |
200 |
40 |
Digər yaşayış məntəqələri |
15.000 |
150 |
30 |
Maddə 5.3. Mülkiyyətində daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxs həmin əmlakla bağlı icbari sığorta müqaviləsi bağlamaq üçün daşınmaz əmlakın icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdir.
Maddə 36.3. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:
- sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
- sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
- hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
- qrunt sularının səviyyəsinin dəyişməsi;
- suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.
Maddə 32. Sığortaçı daşınmaz əmlakın icbari sığortası müqaviləsi üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, zərərin əvəzi sığorta olunanın müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir.
Diqqət !!! Öz əmlakını icbari sığorta etdirməyən şəxslər hadisə baş verəcəyi təqdirdə təkcə sığorta şirkətinin ödənişindən yox, dövlət tərəfindən verilən yardımın böyük hissəsindən də məhrum olacaqlar. Qanuna görə, şəxs öz əmlakını sığorta etdirmədikdə, həmin əmlaka dəymiş zərərə görə dövlət hesabına kompensasiyanın yalnız 20%-ə ümid edə bilərlər.
Daşınmaz əmlakın könüllü sığortasi isə aşağıdakı 3 təminat növünü əhatə edir:
1) mənzil, ev, bağ, ofis, müəssisə, zavod, anbar və s. əmlaka dəyən zərərin əvəzinin ödənilməsi;
2) mebel, ev əşyaları, elektrik cihazları və s. əmlaka dəyən zərərin əvəzinin ödənilməsi;
3) ev sahibinin təqsiri üzündən ətrafdakılara (qonşulara və s.) dəyən zərərin əvəzinin ödənilməsi.
Bu təminatların arasından ən uyğun olanları və ya hər üçü seçilir.
Daşınmaz əmlakın könüllü sığortasında sığorta haqqı əmlakın dəyərindən, təchizatından, mərtəbəsindən, ödənişin məbləğindən və başqa detallardan asılı olaraq sığorta məbləğinin 0,2-0,6%-ni təşkil edir.
Mənzilin Qiyməti |
Sığorta Haqqı |
200 000 AZN-ə qədər |
0.3% |
200 000-dən 1 000 000 AZN-ə qədər |
0.25% |
1 000 000 AZN-dən yuxarı |
0.2% |
Məsələn, Yasamal rayonunda qiyməti 60 min manat olan 3 otaqlı mənzil üçün illik sığorta haqqı 120-360 manat arasındadır.
Sığorta müqaviləsini imzalayarkən onu diqqətlə oxumaq, şərtləri ilə dəqiq tanış olmaq lazımdır.
Yuxarida da qeyd etdiyim kimi sığorta şirkətini seçməkdə müstəqilsiniz.Sizi heç kim hər hansi sığorta şirkətini seçməyə məcbur edə bilməz.!!!