Ətrafımızdakı insanları necə kəşf etmək olar? | Banco.az

Ətrafımızdakı insanları necə kəşf etmək olar?

Aida İsaq, Banco.az

Komanda qurarkən, iş yoldaşını seçərkən və ya şəxsi həyatınızda yer alan insanları kəşf edərkən onların sizin üçün doğru seçim olduğuna əmin olmaq ən önəmli faktorlardan biridir. Psixoloqlar insanın şəxsiyyətini anlamaq üçün bir çox metodlardan istifadə edirlər. Ancaq bu üsulların çoxu gündəlik həyatda da asanlıqla istifadə üçün keçərli ola bilər. 

Bəs hər gün ətrafımızda olan insanların şəxsiyyəti haqqında bir fikir əldə etmək üçün sürətli və elmi cəhətdən təsdiqlənmiş bir yol varmı?

Wake Forest Universitetində ətrafımızda olan insanların əslində necə bir şəxsiyyətə sahib olmasını sübut edən araşdırma aparılıb.

Alimlər insanların daxili şəxsiyyətini kəşf etmək üçün başqalarının etdikləri barədə düşüncələrini soruşmağın lazım olduğunu bildirib. Beləliklə, başqalarını necə qəbul etməyiniz, öz şəxsiyyətiniz haqqında çox şey ortaya qoyur. Tədqiqatın rəhbəri Dr. Dastin Vud deyir:

"İnsanları mənfi görməyə meyl, depressiya və müxtəlif şəxsiyyət pozğunluqlarından qaynaqlanır. Şəxsiyyət pozğunluğu xüsusiyyətlərinin böyük bir hissəsi başqalarını mənfi obrazdakı kimi görməklə əlaqələndirilir."

Doktor Vud tədqiqata cəlb etdiyi şəxslərə tanıdıqları müxtəlif insanlar haqqında suallar verərək bu nəticəyə gəlib. O, bir nəfərə araşdırma qrupundakı üç nəfərin müsbət və mənfi tərəflərini izah etməsini istəyib.

Ən sərfəli kredit üçün müraciət et

İnsanları müsbət qiymətləndirənlərin daha xoşbəxt, həvəsli və emosional olaraq daha qətiyyətli olduqları məlum olub. Nəticədə bu müsbət perspektivə sahib insanların öz həyatlarından da olduqca məmnun olduqları nəzərə çarpıb.

Bunun əksinə olaraq başqalarını mənfi qiymətləndirənlərin isə daha yüksək dərəcədə narsisizm və antisosial davranışlara sahib olduğu ortaya çıxıb.

Ümumiləşdirsək, insanlar başqalarını nə ilə mühakimə edərlərsə özlərini də bu şəkildə ifadə edərlər. Təbii ki, istisnaların da mövcud olduğunu unutmaq olmaz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram