Etibarnamə ilə avtomobil alanlar avtomobillərini itirəcəklər | Banco.az

Etibarnamə ilə avtomobil alanlar avtomobillərini itirəcəklər

Müəllif: Azər Əliyev/iqtisadçı ekspert

Kreditdə olan avtomobilləri etibarnamə ilə alan şəxslər krediti ödəmədikdə, avtomobilin əsas sahibinin kredit tarixcəsi korlanır. Bu şəxslər rahatdır ki, onsuzda avtomobil mənim adıma deyil, gecikmə əsas sahibinin adına yazılır. Bu hallar hal hazırda banklarda böyük problemə çevrilib. Belə olduğu halda avtomobilin əsas sahibinin atacağı addımlar bunlardır.

  • Avtomobilin etibarnaməsini ləğv edib avtomobili banka təhvil verir.
  • Kredit tarixçəsinin (hüquqlarının) pozulmasın da rolu olan şəxsləri (yəni avtomobili etibarnamə ilə alan şəxs) məhkəməyə  verir və dəymiş ziyanı (müəyyən vəsait) tələb edir.
  • Bilərək (krediti ödəməyən) qəsddən bu addımı atan şəxslər, digər vətəndaşın hüquqlarını pozduqlarına görə  müəyyən məsuliyyətə cəlb oluna bilərlər.
  • Kredit ödənilmədikdə, bank avtomobili satışa çıxardır. Əgər avtomobilin qiyməti 5000 manat, borc 7000 manatdırsa, bu zaman qalan məbləğidə banka, avtomobili son alan şəxs ödəyir.

Bu kimi problemlərin baş verməməsi üçün vaxtında doğru addımların atılmağı məsləhət görülür.  Ən azından anlayışlı olmaq lazımdır ki, başqa şəxslərin hüquqları pozulur. 

Ən sərfəli kredit üçün müraciət et