Ən yüksək və ən aşağı maaş olan sahələr - SİYAHI | Banco.az

Ən yüksək və ən aşağı maaş olan sahələr - SİYAHI

Azərbaycanda ən yüksək və ən aşağı maaşlar olan sahələr açıqlandı. Dövlət Statistika Komitçsinə xəbər verir ki, 2018-ci ilin ilk 7 ayının nəticələrinə görə, ölkədə ən yüksək maaş özəl neft-qaz şirkətlərində işləyənlərə verilir – orta hesabla 4309 manat.

Müqayisə üçün bildirək ki, ölkə üzrə orta maaş 541 manat təşkil edir. Amma özəl və dövlət sektorlarında maaşlar fərqlənir. Belə ki, dövlət sektorunda orta maaş 425,4 manat olduğu halda, özəl sektorda maaşlar  699,1 manatdır.

Ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3123,4 manat), maliyyə sığorta (1504,6 manat) və peşə-elmi və texniki sahədədir (977 manat).

Ən az əmək haqqı isə səhiyyə (239,3 manat ), istirahət və əyləncə (290,2 manat),  Su təchizatı, tullantıların təmizlənməsi və emalı (300 manat) sahələrindədir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyfə sektorundadır – 1409 manat, neft sektorunda orta maaş 1324 manat, turizmdə maaş 805 manatdır.

Özəl sektorda isə neft-qaz sektorundan sonra ən yüksək maaşlar peşə, elmi və texniki fəaliyyətdə (1991 manat), maliyyə və sığorta (1526 manat) və informasiya və rabitə (1290 manat) sahələrnidədir.

Özəl sektorda ən aşağı maaş sosial təminat (211,7 manat), səhiyyə (294,8 manat) və kən təsərrüfatındadır (333 manat).  

fed.az