Ən yüksək faizlə kreditlər respublikamızın hansı rayonunda verilir? | Banco.az

Ən yüksək faizlə kreditlər respublikamızın hansı rayonunda verilir?

Azərbaycanda kreditlər ən yüksək faizlə Lənkəran, ən aşağı faizlə isə Gəncə-Qazax iqtisadi rayonunda verilir.

Cari il mayın 1-nə Lənkəranda kreditlər üzrə orta faiz dərəcəsi illik 23,9%, Gəncə-Qazax iqtisadi rayonunda isə illik 9,8% təşkil edib.

Banco-nun Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, Bakı şəhərində isə bu göstərici 12,2% səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, ölkə iqtisadiyyatına kredit qoyuluşu illik müqayisədə 26,8% artaraq 2015-ci il mayın 1-nə 20,596 mlrd. manata çatıb. Bu kreditlərin 6,1%-nin və ya 1,257 mlrd. manatının ödəniş vaxtı keçib ki, bu da problemli kreditlərin həcminin 40,3%, xüsusi çəkisinin isə 0,6 faiz bəndi artması deməkdir.

Hesabata əsasən, bu ilin mayın 1-nə kredit qoyuluşunun həcmi Gəncə-Qazax iqtisadi rayonunda 756,0 mln. manat, Lənkəran iqtisadi rayonunda 307,7 mln. manat, Bakı şəhəri üzrə 1  716,5 mln. manat təşkil edib.