Ən yaxşı 4 mini serial tövsiyəsi | Banco.az

Ən yaxşı 4 mini serial tövsiyəsi

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mini seriallar nəsə izləmək istəyən, lakin uzun seriallara vaxtı olmayanlar üçün ideal seçimdir. Qısa olmalarına baxmayaraq, maraqlı və cəlbedici hekayələri olan yüzlərlə serial var.

Maraqlı zaman keçirmək istəyirsinizsə, aşağıda qeyd etdiyimiz qısa müddətdə bitirə biləcəyiniz mini seriyalları izləyə bilərsiniz. 

1. Chernobly (2019) – IMDB: 9.4

Serialda adından da göründüyü kimi 1986-cı ildə Ukraynada baş vermiş Çernobıl nüvə fəlakətindən bəhs edilir. Serial beş bölümdən ibarət olsa da, tamaşaçılara hadisənin dərinliyini hiss etdirməyi, dərin emosiyalar yaşatmağı bacarır. Serialda fəlakətdən sonra baş verən hadisələr və insanlığın faciəsi detalları ilə birgə göstərilir. Həm IMDB balı, həm də aldığı mükafatlarla uğurunu dünyaya sübut edən film mini serial axtaranlar üçün məsləhət gördüyümüz ilk serialdır. 

2. When they see us (2019) – IMDB: 8.9

Serialda 1989-cu ildə bir qadının təcavüzə uğramasında günahkar bilinən 5 gəncin həyatından bəhs edilir. Lakin bu gənclərin nə cinayətə, nə də hadisəyə heç bir aidiyyatı yoxdur. Lakin beş qaradərili gəncdən onların üzərinə atılan bu cinayətin cəzasını ödəmələri istənilir.

Bu serialda ədliyyə sisteminin irqçilik və qərəzdən necə təsirləndiyini göstərir. Hekayədə qaradərili yeniyetmələrin öz günahsızlıqlarını sübut etmək uğrunda mübarizəsi ilə yanaşı, sosial ədalətin nə qədər mürəkkəb və ziddiyyətli ola biləcəyi göstərir.

Serial Antron, Kevin, Yusef, Raymond və Korey adlı beş gəncin real həyat hekayəsi əsasında çəkilib. Gənclər haqsız yerə ittiham edildiklərini və günahsız olduqlarını sübut etmək üçün mübarizə aparırlar. Onlar ədliyyə sisteminin fəaliyyətinin və cəmiyyətin böyük təzyiqinə məruz qalırlar. "When They See Us" güclü aktyor oyunu, heyrətamiz hekayəsi və mesajları ilə ən yaxşı mini seriallar arasında yerini alır.

Ən sərfəli kredit üçün müraciət et

3. The Queen`s Gambit (2020) – IMDB: 8.6

Bet 1950-ci illərdə Amerikada uşaq evində böyümüş və şahmatda böyük istedad nümayiş etdirən yeniyetmə qızdır. Serialda Bethin şahmatdakı uğurları ilə yanaşı, onun alkoqol və narkomaniya ilə mübarizəsindən də bəhs edilir. Tamaşaçıları cəlbedici bir hekayəyə kilidləyən serial Bethin qələbəsindən başqa, cəmiyyətin gender rolları və uğur qavrayışları haqqında dərindən düşünməyə vadar edir. Bir oturuşda bitirə biləcəyiniz bu mini serial kino tənqidçiləri və kinosevərlər tərəfindən yüksək qiymətləndirilir.

4. Şahsiyet (2018) – IMDB: 9.0

Beynəlxalq Emmi Mükafatını alan “Şahsiyet”in baş rollarını Haluk Bilginer və Cansu Dərə canlandırır. Beyoğludakı evində sakit təqaüdçü həyatı yaşayan Agah alzheimer diaqnozu qoyulduqdan sonra illərdir düşündüyü cinayətləri törətməyə başlayır. Agahın törətdiyi bu qətllər polis idarəsində ağır şəraitdə çalışan qətl bölməsinin rəisi Nevranın həyatına da təsir edir. Bu mini serial türk film tarixinin ən yaxşı nümunələrindəndir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et