"Ən yaraşıqlı məhkum model" milyonçunun qızı ilə nişanlandı! | Banco.az

"Ən yaraşıqlı məhkum model" milyonçunun qızı ilə nişanlandı!

İnsanın həyatının hansı məqamda dəyişəcəyini demək olduqca çətindir. Bəzilərinin həyatı təsadüflər nəticəsində heç gözləmədiyi şəkildə dəyişə bilir. Belə insanlardan biri də məhşur model Ceremi Miksdir. Onun məhşurlaşması çox təsadüfi şəkildə baş verib. Belə ki, model əvvəllər qanunsuz silah saxladığına görə 2 il 3 ay müddətinə məhkum olunmuş, lakin məhkumluq paltarında çəkilmiş şəkli qısa zamanda model agentlikləri tərəfindən kəşf olunub və tez bir zamanda həyatı tamamilə dəyişib. Medianın hər zaman diqqət mərkəzində olan gənc adam yaxın zamanlarda Qrin Kloe adlı xanımla nişanlanıb. Bu haqda məlumatı Metro xəbər agentliyi paylaşıb. Xatırladaq ki, Kloenin atası Topshop geyim mağazalar şəbəkəsinin rəhbəri, tanınmış milyarderlərdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, Miks hal-hazırda məhşur geyim markası Philipp Pleinin simasıdır. Xatırladaq ki, bu nigah “ən yaraşıqlı məhkum” statusu ilə tanınan Cereminin ikinci evliliyidir. Model keçən ildən etibarən milyarderin qızıyla görüşməyə başlamış və 2018-ci ildə yoldaşından ayrılmışdır. Hal-hazırda onların Ceyden Miks-Qrin adında bir oğlu da var.

Nəcibə Yusifova, Banco.az