Ən sürətli internet hansı ölkədədir? | Banco.az

Ən sürətli internet hansı ölkədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnternet bu gün hər kəsin asanlıqla istifadə edə bildiyi bir vasitədir. Bu alət sayəsində dünyada milyardlarla insan bir-biri ilə ünsiyyət qura bilir. Bundan əlavə, təhsildən səhiyyəyə, ticarətdən maliyyəyə qədər bir çox sahədə aktiv rol oynayan internet üçün ölkələr davamlı olaraq investisiyalarını artırır. Bəs dünyada ən sürətli internet hansı ölkələrdədir?

İnternet sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt  olan "Speedtest" tərəfindən 2023-cü ilin noyabr ayı üçün paylaşılan məlumatlarında dünyada internetdə orta endirmə sürətinin 90,21 Mbps olduğu qeyd edilib. 

Ən sürətli internetə malik ölkələr siyahısında birinci yerdə orta endirmə sürəti 263,51 Mbit/s olan Sinqapurdur. Azərbaycan bu siyahıda 33,03 Mbit/s sürətlə 116-cıdır. 

İlk 20-likdə aşağıdakı ölkələrdir:

  1. Sinqapur - 263,51 Mbit/s
  2. Honq Konq - 259,02 Mbit/s
  3. Çili - 249,82 Mbit/s
  4. Çin - 248,92 Mbit/s
  5. Monako - 247,37 Mbit/s
  6. Birləşmiş Ərəb Əmirlikləri - 239,40 Mbit/s
  7. İslandiya - 226,05 Mbit/s
  8. Amerika Birləşmiş Ştatları - 219,71 Mbit/s
  9. Tayland - 216,26 Mbit/s
  10. Danimarka - 209,52 Mbit/s
  11. Fransa - 207,41 Mbit/s
  12. Rumıniya - 205,74 Mbit/s
  13. İspaniya - 201,08 Mbit/s
  14. İsveçrə - 195,20 Mbit/s
  15. Yaponiya - 185,71 Mbit/s
  16. Niderland - 181,30 Mbit/s
  17. Kanada - 176,47 Mbit/s
  18. Andorra - 170,69 Mbit/s
  19. İsrail - 167,41 Mbit/s
  20. Yeni Zelandiya - 162,50 Mbit/s

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et