Ən çox avtomobil istehsal edən ölkələr | Banco.az

Ən çox avtomobil istehsal edən ölkələr

Yaranması ilə insanların həyatını rahatlaşdıran avtomobillər sənayenin böyük hissəsini əhatə edir. Onlar vasitəsilə həm uzaq məsafələrə daha az vaxt sərf etməklə çatmaq, həm də yük daşıması həyatımızın ayrılmaz hissəsinə çevrilib. İlk maşınlar buxarla işləsə də, elm və texnologiyanın inkişafı nəinki benzinlə, hətta günəş enerjisi ilə işləyən avtomobillərin yaranmasına gətirib çıxarıb. İlk avtomobil Fransada yaransa da, hal-hazırda Çin, Yaponiya və Almaniya öz avtomobil brendlərinə görə dünyada tanınır.

Yollarının uzunluğuna görə 6 milyon km olan ABŞ dünyada birinci yerdə olmağına baxmayaraq, avtomobil istehsalına görə geridə qalır. Ərazisinə görə Rusiyanın ən böyük ölkə olması görünür yollarının uzunluğuna o qədər də təsir etmir. Bunun üçün iqtisadi cəhətdən ölkənin fəallığı və dövlətin sosial-iqtisadi siyasəti böyük rol oynayır. 

Həmçinin bax: İctimai nəqliyyatda gediş haqqı hansı şəhərlərdə daha ucuzdur?

Bir çox sahələrdə öndə olan Çin avtomobil istehsalında da ilk yerdədir. 23.5 milyon avtomobil istehsalı ilə Çin növbəti 5 ölkənin istehsal həcminə bərabər göstəriciyə sahibdir. İkinci yerdə isə ondan 3 dəfə az istehsal göstəricisi olan Yaponiya durur. İqisadi cəhətdən güclü ola ABŞ isə Almaniya, Hindistan və Cənubi Koreyadan sonra 6-cı yerdə qərarlaşmışdır.

Həmçinin bax: Avtomobil sənayeni yaxın 10 ildə necə dəyişəcək?

Ölkələr 2018-ci ildə avtomobil istehsalı

Çin

23 529 423
Yaponiya 8 358 220

Almaniya

5 120 409
Hindistan 4 064 774

Cənubi Koreya

3 661 730
ABŞ 2 795 971

Braziliya

2 386 758
İspaniya 2 267 396

Fransa

1 763 000
Meksika 1 575 808

Ən sərfəli kredit üçün müraciət et

 

Tərlan Qəhrəmanova, Banco.az