Dünyanın ən böyük reklam holdingləri “Omnicom Group” və “Interpublic” (IPG) CEO-ları ilə çalışanlarının ortalama qazancları arasındakı fərqi açıqlayıb.
Kompaniyaların bu addımı atmalarına səbəb isə bu ilin əvvəlində “Dodd-Frank Act”in reklam şirkətlərinin qazancları barəsində informasiyaları ictimaiyyətə açıqlamalıdır tələbi olub.
Xəbərə görə, “Omnicom”un CEO-su Jhon Wren bütün işçilərin ortalama qazancından 596 qat, IPG CEO-su Michael Roth isə 264 qat çox qazanır.
Reklam agentliyinin açıqlamasına, əsasən bu qənaətə gəlmək olar ki, ötən il holdingdə illik ortalama qazanc 40 min 230 dollar, kompaniyanın CEO-su John Wrenin qazancının isə 23 milyon 959 min 325 dollar olub.
Reklam holdinginin araşdırmasına Kolumbiya, Misir, İndoneziya, Malayziya, Meksika, Tayland, Ukraynada çalışan 4 min 944 nəfər işçi qatılıb. Bundan əlavə, hesablamaya J. Wrendən başqa, bütün gün və yarı gün işləyən işçilər də daxil edilib.
IPG-də isə 2017-ci ildə ortalama qazanc 63 min 936 dollar, CEO Rothun qazancı isə 16 milyon 883 min 818 dollar olub. Holdingin araşdırmasına, Ruthdan başqa, kompaniyada bütün və yarı gün çalışan işçiləri də daxil edilib.
Mənbə: Facemark.az