Bəzən nağd pula ehtiyacımız yarandığı zaman banklara üz tuturuq və kredit əldə etməyə çalışırıq. Sonra isə götürdüyümüz borcla bərabər bankın qoyduğu faiz dərəcəsini də geri ödəməli oluruq. Ona görə də kredit götürərkən hansı bankların aşağı faiz dərəcəsi ilə kredit təklif etdiyini yaxşıca araşdırmaq lazımdır. Sizlər üçün ən aşağı faizlə kredit təklif edən bankları araşdırdıq.
Cədvəldəki 5 bankdan nisbətən aşağı faizlə kredit əldə edə bilərsiniz:
Bankın adı |
Məbləğ (AZN) |
Faiz |
Müddət (ay) |
Bank Respublika |
500 – 20 000 |
18% |
36 |
Unibank |
300 – 20 000 |
18% |
48 |
Bank BTB |
300 – 10 000 |
18% |
36 |
Azərbaycan Sənaye Bankı |
min. 500 |
18% |
36 |
Express Bank |
300 – 25 000 |
19% |
48 |
Pərvanə Aslanova, Banco.az