Mövsümdən asılı olaraq havaların soyuması insanların istilik sistemlərinə olan təlabatını artırır. Bu istilik sistemlərindən biri də kombidir ki, müasir dövrdə əksər insanlar ona üstünlük verirlər. Kombi mənzilin istilik və isti su ehtiyacını qarşılayan bir cihazdır. Kombi alarkən evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Təbii ki, bu amillər məhsulun qiymətinə təsir göstərir. Bununla yanaşı məhsulun hansı brendə məxsus olması da onun qiymətinə təsirsiz ötüşmür.
Mağazalarda olan kombilərin maksimum qiymətləri 2089 manatdır. Elektronika mağazalarında kombi qiymətləri hansı aralıqda dəyişdiyini aşağıdakı cədvəldən baxa bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!