Ehtiyacımız olmayan əşyaları almağımızın səbəbi – Didro effekti | Banco.az

Ehtiyacımız olmayan əşyaları almağımızın səbəbi – Didro effekti

Tamara Mustafayeva, Banco.az

1765–ci ildə Rusiya çariçası 2–ci Yekaterina filosof Deni Didronun (Denis Diderot) pula ehtiyacı olduğunu eşidir. Çariça Didronun bütün kitabxanasını satın alır. Kitabları evində saxlamağını söyləyir. Bir kitabxanaçı tapır və 25 illik maaşını birdəfəlik ödəyir.

Didro ona verilən pula qırmızı bir palto almağa qərar verir. Elə əsas hadisələr də bundan sonra başlayır.

Həmşinin oxu: Dahilərin əziyyət çəkdikləri xəstəliklər

Geyimlərinin cazibəsinə qapılmağa başladıqca evində olan əşyaların geyimlərinə yaraşmadığını düşünür və əşyalarını bir-bir dəyişdirməyə başlayır. Nəhayət o, evdəki bütün əşyaları dəyişdirir. Ödəməli olduğu borcları olsa da, satın alma istəyinə qalib gələ bilmir.

Yaşadığı bu hadisədən sonra materiala olan aludəçiliyi haqqında bir məqalə yazmağa qərar verir və bu təsiri sonralar onun adı ilə “Didro effekti” olaraq adlandırılır.

“Didro effekti nədir?”

Bu sindrom alış-veriş vərdişi ilə bağlı iki fərziyyəyə əsaslanır:

Satın aldığınız məhsullar xarakterinizin bir parçasına çevrilir və digər satın aldıqlarınızı tamamlayır.

Ən sərfəli kredit üçün müraciət et

Yeni aldığınız və daha əvvəl sahib olduqlarınıza uyğun gəlməyən məhsul üçün yeni qrup yaratmalı olursunuz və siz ona uyğun başqa məhsullar almağa başlayırsınız.

Bu effekt necə təsir göstərir?

Didro kimi tanınmış bir filosofu belə alış-veriş aludəçisinə çevirib müflisliyin astanasına gətirən bu effekt bizə necə təsir göstərər? Təbii ki, bu, çox absurd bir nümunədir. Lakin, bu bir alıcının yeni bir əşya alarkən bu əşyanın cazibəsinin təsiri ilə bu əşyaya layiq görmədiyi köhnə əşyalarını dəyişdirib yeni əşyalar almasıdır. Yəni, bir məhsul alarkən alıcı bu məhsulun səviyyəsinə uyğun digər məhsullar alır.

Həmçinin oxu: Alış-veriş qərarına təsir göstərən ən vacib 10 səbəb

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram