Onlayn satış kanalları vasitəsilə xaricdə fərdi müştərilərə etdiyiniz satışlara E-ixrac deyilir. Texnologiya və rəqəmsal kanalların gətirdiyi üstünlüklərdən biri olan E-Ticarət; ticarətdə sərhədlərin qalxmasına, dünyanın bir ucunda olan insanların digər ucunda satışa çıxarılan məhsulları araşdırmasına və sifariş etməsinə icazə verməyə başladı. Ənənəvi ticarətin yerinə gəlirlərin böyük bir qismini onlayn sifarişlər təmin etməyə başladı. Lakin tez-tez təkrarlanan səhvlər şirkətləri uğursuzluğa düçar edir.
Həmçinin Oxu: E-ixrac nədir və necə edilir?
E-İxrac şirkətlərinin uğursuzluğunun 7 səbəbi:
- Səhv dildə reklam: e-ixracda ən mühüm addımlardan biri hədəf ölkəsi üçün sosial media və Google reklamıdır. İngilis dili beynəlxalq bir dil ola bilər, amma bütün potensial müştərilərinizin ingilis dilini bildiyini qəbul etmək düzgün bir yanaşma deyil. Bəlkə Avropa ölkələrində hədəf qrupunuzun ingilis dilini oxumaqla bağlı heç bir problemi olmayacaq, ancaq Rusiyada, Balkan ölkələrində, Yaxın Şərqdə və Türkiyə kimi ölkələrdə hər kəsin ingilis dili bildiyini düşünməməlisiniz. Saytınızın dilini hədəf ölkəyə görə dəyişdirməli və onlar üçün uyğun reklam hazırlamalısınız. Veb saytdakı dil seçimlərini dəyişdirməyi istifadəçiyə buraxmalısınız.
- Yanlış valyuta ödəmə seçimi: Ümumi səhvlərdən biri, yerli valyutalara inteqrasiya olunmayan qiymətlərdir. Veb saytınız bütün dünya üçün deyilsə, Rusiyaya, Türk Respublikalarına, Yaxın Şərqə, Şimali Afrikaya və ən azı 1 milyard müştərisi olan Avropa ölkələrinə öz valyutaları ilə ödəmə imkanı təqdim etməlisiniz. Müştərilərinizə məhsul qiymətlərini öz ölkələrinin valyutalarında göstərə bilirsinizsə, daha uğurlu ola bilərsiniz.
- Ödəniş sistemini təyin etmədən dünyaya çıxmaq: Çinin e-ixracındakı uğurlarının ən vacib səbəblərindən biri də getdikləri ölkənin xüsusiyyətlərini öyrənməsidir. Bu baxımdan da ödəmə sistemi ən mühüm elementlərdəndir. Belə ki, əgər e-ixrac Yaxın Şərqə olacaqsa, qapıdan ödəmə sistemi aktiv olmalıdır. Almaniya hədəflənirsə, burada kredit kartından çox Paypal, Giropay, Clickandbuy, Sofort Überweisung kimi e-ödəmə sistemlərinin məşhur olduğunu bilməlisiniz. Əgər Amazon, Ebay, Walmart, Jet.com, Rakuten, Etsy, Souq, Cdiscount, Zalando, Ozan.ru kimi global və yerli bazar yerlərində satış edəcəksinizsə yalnız birinə ya da bir neçəsinə fokuslanmaq lazımdır. Çünki, müştəri bazasının dinamikası, kateqoriyalar ilə bir-birindən fərqlənir.
- Rüsumları səhv hesablamaq: Qiymət təyin edərkən ölkələrin iqtisadi vəziyyətini nəzərə almalıyıq. Əks halda, bəzi ölkələr üçün qiymətlər çox ucuz olduğu halda digəri üçün olduqca bahalı ola bilər. Qiymət müəyyən edilərkən digər komissiya haqları, lojistika haqları, habelə xərcləri artıran digər amillər də nəzərə alınmalıdır.
- Yanlış yükdaşıma şirkətini seçmək: Bu ümumi səhvlərdən biridir. Hədəf kütlənizi bilməyən bir yük şirkəti, çatdırılma müddətini artırmaq və s. kimi səhvlərlə müştərilərinizin yorulmasını təmin edəcək. Bundan əlavə, lojistikada düzgün məntiq qura bilməsəniz məhsul qiymətindən çox yük pulu ödəmək məcburiyyətində qalacaqsınız.
- Yanlış kampaniya: Hər bir ölkənin öz adət-ənənələri, mədəniyyəti və vərdişləri vardır. Bir ölkədə işə yarayan marketinq üsulu başqa ölkədə əks təsir göstərə bilər. Hədəf auditoriyanızla bağlı ətraflı araşdırma etməklə bərabər necə reklamların və kampaniyaların tərcih edildiyini öyrənməlisiniz.
- Eyni məhsulu hər ölkəyə satmağa çalışmaq: Hazırlıq mərhələsi E-ixraca başlamazdan əvvəl çox vacibdir. Hər bir məhsulu bütün dünyaya satmaq mümkün deyil. Misal üçün, dəri gödəkçələri Rusiyaya satmaq olar, lakin bu məhsul Yaxın Şərqdə çox populyar olmaya bilər.
Pərvanə Aslanova, Banco.az