Dünyanın ilk milyarderi kim olub? | Banco.az

Dünyanın ilk milyarderi kim olub?

Dünyada, ilk dəfə 1 milyard dollar qazanmağa müvəffəq olan insan – Con Roklfellerdir.

O, “Standard OİL” kompaniyasının təsisedicisi olub. Əgər həmin dövrünün milyardını indiki dövrlə müqayisə etsək, fərq ağlasığmaz və müqayisəyə gəlməz dərəcədə böyükdür. Rokfellerin həmin dövrdəki 1 milyardı bugünkü 300 milyarda bərabərdir.

Belə bir məbləği çətin ki, indi həyatda olan hər hansı bir milyarder qazana.

Rokfellerlər Amerikaya Almaniyadan təşrif buyurub, həmin dövrdə bu materik öz qapılarını xoşbəxtliyini burada axtaran hər bir kəsin üzünə açırdı. Bu sülalənin ilk nümayəndəsi işgüzar sahədə elə də uğur qazanmırdı. Conun atası isə ümumiyyətlə yaxşı işlə məşğul deyildi – o, at oğurluğu edir, xırda oğurluqlar və fırıldaqçılıq əməlləri törədirdi. Bu səbəbdən də ailə tez-tez yaşadığı məkanı dəyişməli, özünə yeni yaşayış məskəni axtarmalı olurdu ki, ailənin başçısı törətdiyi əməllər səbəbindən məhkəməyə cəlb olunmasın. Çünki əks halda Conun atası həbsə düşəcək və ailə “başsız” qalacaqdı. Lakin tezliklə bu baş verir, o, həbs olunmasa da ailəni atıb gedir. Lakin, çox güman ki, praktiki işlərə üstünlük vermək qabiliyyəti də Cona məhz atasından keçib və Con, buna görə atasına minnətdar olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Hələ körpə yaşlarında ikən və sonradan yeniyetməlik dövründə də Con yalnız pul haqqında düşünürdü. Hələ uşaq yaşlarında o, yaxşı başa düşürdü ki, bankda 50 dolların olması 1 ay ərzində əziyyət çəkib kartof əkməkdən qat-qat daha sərfəlidir. Conun bəxti gətirir. 1870-ci ildə o balaca bir neft çıxarma müəssisəsi açır. Müəssisə ilk öncə elə də uğurlu olmur, yəni əksinə onu qüsurlu hesab edirlər, lakin gözlənilmədən 20 il sonra kompaniya gəlir gətirməyə başlayır, birdən birə 10 milyon dollar. 1901-ci ildə Rokfellerin artıq 200 milyon dolları var idi və o tezliklə ilk milyarderə çevrilir. Conun ilk kapitalını necə qazandığı bəlli deyil, amma kim düşünə bilərdi ki, adi menecer belə böyük pullar qazana bilər, özü də heç nədən.

Rokfeller öz arzunu gerçəkləşdirir – milyard dollar qazanmağa nail olur. Lakin 100 yaşını qeyd etmək ona nəsib olmur, onun cəmi iki ili çatmır. 1937-ci ildə o dünyasını dəyişir. 

Könül Soltanova/ Banco.az