Avropa Mərkəzi bankının prezidenti Mario Draqi Central Banking nəşrinin versiyasına görə 2013-cü il üzrə dünyanın ən yaxşı Mərkəzi bank rəhbəri seçilib.
Central Banking-ə əsasən Draqinin rəhbərliyi altında Avropa Mərkəzi bankı Avropanın maliyyə sistemini əminliklə bərpa edib. Nəşrin ekspertləri də Draqi tərəfindən göstərilən “qərarlılığı” və “liderliyi” qeyd edib.
Mükafatlandırma zamanı digər nominasiyalar üzrə də qaliblər elan edilmişdir. 2013-cü ilin nəticələrinə görə dünyanın ən yaxşı Mərkəzi bankı olaraq Çin Xalq bankı seçilmişdir. İsveçin Mərkəzi bankı – “Riksbank” isə “yüksək şəffaqlıq” səbəbi ilə mükafata layiq görülüb. Bundan əlavə, BlackRock fondu “aktivlərin idarə edilməsində ən yaxşı şirkət” adına layiq görülüb.
Central Banking şirkətinin ekspertləri sırasına aparıcı iqtisadiyyatçılar və dünyanın keçmiş Mərkəzi bank rəhbərləri daxildir.