Ceff Bezosun rəhbəri olduğu “Amazon” şirkəti 151 milyard dollarlıq marka dəyəri ilə ən dəyərli brend seçilib.
Bu barədə hər il “Brand Finance” tərəfindən açıqlanan “Dünyanın ən dəyərli 500 markası-Global 500” siyahısında qeyd olunub.
Keçən il 106,4 milyard dollarlıq marka dəyəri ilə üçüncü sırada yer alan və dəyərini bu il 150 milyard 811 milyon dollara yüksəldən “Amazon” dünyanın nəhəng markalarını geridə qoyaraq siyahının birinci pilləsində qərarlaşıb.
2017-ci ilin qiymətləndirilməsi zamanı 107 milyard dollarlıq marka dəyəri ilə ikinci olan “Apple” bu ildə yerini qoruyub. Marka dəyərini 36,6% artıraraq 146,3 milyard dollar səviyyəsinə çatdırıb.
“Apple”dan sonrakı sırada, yəni üçüncü pillədə isə “Google” qərarlaşıb. Halbuki, şirkət ötən il “Brand Finance”nin tərtib etdiyi siyahıda ön pillələri tuturdu.
Siyahının 4-cü pilləsində isə marka dəyərini 39,4% artıran Cənubi Koreyanın “Samsung” şirkəti tutub. 92,3 milyard dollarla. Son zamanlar radikal qərarları ilə gündəmdən düşməyən “Facebook” isə marka dəyərini 44,7% artıraraq 89,7 milyard dollara çatdırıb.
Beləliklə, siyahıda beşinci pillədə qərarlaşıb. TOP-10-ğa, həmçinin ABŞ-ın pərakəndə şirkəti “Walmart”, ABŞ-ın texnologiya nəhəngi “Microsoft”, Çinin ICBC bankı da düşüb.
Dünyanın ən dəyərli 500 markası siyahısında dəyərini ən yüksək həcmdə 161% artıran marka Çinin içki şirkəti “Wuliangye” olub. Ən çox dəyər itirən marka isə 43%-lə Yaponiyanın texnologiya firması “Toshiba” olduğu deyilib.
Təəssüf ki, araşdırmanın nəticələrində isə, nə türk, nə də Azərbaycan markası yer alıb.
Facemark.az