Müəllif: Gülnar Əhmədli, Banco.az
“Campanies Marcet Cap” dünyanın ən dəyərli aviaşirkətlərini açıqlayıb. 62 fərqli qlobal aviaşirkətin bazar dəyərinə görə sıralandığı siyahının birincisi İrlandiyanın “Ryanair” şirkətidir. Şirkətin bazar dəyəri 33,4 milyard dollardır.
Hazırda dünyanın ikinci ən qiymətli aviaşirkəti ABŞ-ın “Delta Air Lines” şirkətidir. Onun bazar dəyəri 29,5 milyard dollardır. ABŞ-ın digər aviaşirkəti “Southwest Airlines” 16,95 milyard dollarlıq bazar dəyəri ilə siyahıda üçüncü yerdədir.
İlk 10-luq aşağıdakı kimidir (27 mart 2024 tarixinə):
1. Ryanair (İrlandiya): 33,4 milyard dollar
2. Delta Air Lines (ABŞ): 29,5 milyard dollar
3. Southwest Airlines (ABŞ): 16,95 milyard dollar
4. InterGlobe Aviation (Hindistan): 16,4 milyard dollar
5. United Airlines Holdings (ABŞ): 14,9 milyard dollar
6. Singapore Airlines (Sinqapur): 14,2 milyard dollar
7. Air China (Çin): 14,1 milyard dollar
8. China Southern Airlines (Çin): 12,23 milyard dollar
9. Turkish Airlines (Türkiyə): 12,22 milyard dollar
10. International Consolidated Airlines (İspaniya): 10,1 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!